YAP-çı millət vəkili Siyavuş Novruzov bankların hazırkı duruma düşməsinin iqtisadi vəziyyətlə əlaqələndirilməsinə etiraz edib.
MilliYol.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, çıxışında qeyd edib ki, bankların bu duruma düşməsində iqtisadiyyatın rolu olmayıb: “Səbəb odur ki, bank rəhbərləri maliyyə oğurluğu ilə məşğul olub. Bunu keçirilən məhkəmələrdən də görmək mümkündür. Banklar kökündən sağlamlaşmalıdır. Amma sağlamlaşdıranda yaxşı sağlamlaşdırmaq lazımdır. Yoxsa “körpü bank” yaradılır, nə bilim nə olur, əgər şəffaflıq olmayacaqsa, bunun faydası olmayacaq. Milyardları götürüb getdilər”.
Spiker Oqtay Əsədov isə qeyd edib ki, elə məqsəd də bankları kökündən sağlamlaşdırmaqdır: “Artıq bu körpü ilə olacaq, ya körpüsüz olacaq, bunu deyə bilmərik”.
MilliYol.Az
Digər xəbərlər
loading...