Dövlət katibi Reks Tillersonun gələn həftə Moskvaya səfəri, Suriyada Rusiyaya qarşı əsas döyüş və ABŞ-da Rusiya ilə bağlı bir çox araşdırmalar əsnasında, "Soyuq müharibə"də düşmən olmuş ölkə ilə yaxın əlaqələrin qurulmasına Tramp administrasiyasının ümidlərini sınamağı nəzərdə tutur
Tillersonun Tramp administrasiyasının məmuru kimi Rusiyaya ilk səfərindən bir neçə gün əvvəl ABŞ Rusiyanın hərbi müttəfiqi olan prezident Bəşər Əsədin Suriyadakı hava bazalarına qanadlı raketlərlə zərbə endirdi.
Cümə axşamına qədər ABŞ Rusiya ilə hərbi münaqişəyə cəlb olunmaqdan narahat olaraq, Əsədin qüvvələrinə zərbə endirməkdən çəkinirdi.
Reks Tillerson raket zərbələrindən dərhal sonra bildirdi ki, Rusiya 2013-cü ilin sövdələşməsini yerinə yetirmək üçün "üzərinə götürdüyü məsuliyyətinin öhdəsindən gələ bilmədi" və o, Suriyanın kimyəvi silah arsenalının məhvində vasitəçilərə lazımi köməklik etmədi: "Beləliklə, ya Rusiya bu işdə sadəcə səriştəsiz olub, ya da bu məsələdə rəsmi Dəməşqlə əlbirdir".
Suriya ilə əlaqədar artan fikir ayrılıqları prezidenti Donald Trampın dünya səhnəsində ABŞ və Rusiyanı daha yaxın etmə planlarına yalnız son maneədir.
Tramp və onun köməkçiləri hazırda Trampa kömək üçün prezident seçkilərinə müdaxilə və Rusiya prezidenti Vladimir Putinin hökuməti arasında potensial sövdələşmə ittihamına dair Amerikanın xüsusi xidmət orqanları tərəfindən təhqiqata cəlb olunublar.
Rusiya ilə yenidən yüklənmə ilə bağlı Trampın geniş müzakirə kampaniyasına baxmayaraq, bu, ABŞ-da heç bir iştaha doğurmur. Birləşmiş Ştatların fikrincə, Əsəd qüvvələri tərəfindən həyata keçirilən ölümcül kimyəvi hücumdan sonra da Rusiyanın Əsədi müdafiəetmə niyyətləri durumu yalnız mürəkkəbləşdirir.
Trampın opponentləri Rusiyanın hətta ən kiçik güzəştlərini dərhal ona qarşı ittihama çevirəcək. Çünki Tramp dəfələrlə və səxavətlə Putini təqdir edib və bu, prezident Putinə, keçmiş KQB casusuna onun borclu olması mənası verir. Buna nüvə silahına dair müqavilənin pozulması və Ukraynada Putinin hərəkətləri ilə bağlı davamlı qlobal qəzəbi əlavə edin – yaxın müddətdə yaxınlaşma üçün real şansların mümkünlüyü çox çətin görünür.
"Məncə, ruslar sıçrayış imkanları ilə bağlı gözləntilərinə düzəliş ediblər və Suriyada baş verənləri də buna əlavə edin", – sabiq prezident Barak Obama dönəmində ABŞ-ın Rusiyadakı səfiri Maykl MakFol bildirib. Bununla belə, o deyib ki, ruslar, güman ki, səmimi şəkildə Tillersonun səfərinə Tramp-Putin görüşünə hamar yol kimi ümid edə bilərlər.
Tillerson 7 inkişaf etmiş ölkə Qrupuna üzvü olan həmkarları ilə görüşmək üçün Lukkaya – İtaliyaya qısa səfərindən sonra çərşənbə axşamı Moskvaya gələcək. Rusiyada isə o, xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Dövlət Departamenti bəyan edib ki, Tillerson yaşananlara Rusiyanın cavabını almaq üçün kimyəvi hücumdan sonra S.Lavrovla telefonla danışıb. Rusiya iddia edir ki, Suriyanın hava hüvcumları anti-Əsəd üsyançılarının kimyəvi silah hazırladığı anbarlara edilib, amma ABŞ bununla bağlı qəti şəkildə mübahisə edir.
Tillerson Putinlə də görüşə bilər. Bu, Rusiyada neft sazişləri üzrə danışıqlarda Tillersonun, Exxon Mobil CEO-un sabiq rəhbərinin iştirakı ilə, bir növ, bir-birini tanıyan iki kişinin yeni görüşü olacaq. Tillersonun Rusiya ilə yaxın əlaqələri – Putin bir dəfə onu "Dostluq" ordeni ilə təltif edib – Konqresdəki təsdiq dinləmələri zamanı ciddi narahatlıq doğurmuşdu, lakin həmin vaxtdan bəri Rusiyanın davranışı barədə Tramp administrasiyasında ən sayıq və aydın şərhlərin müəllifi məhz odur.
Dövlət Departamentinin yüksək mövqeli rəsmiləri Tillersonun səfərini "kəşfiyyat səfər" kimi təfsir edirlər. Onlar deyir ki, əməkdaşlığın artırılmasına dair heç bir qərar qəbul edilməyib və səfər yalnız əməkdaşlıq üçün hər hansı bir potensialın müəyyən olunmasına yönəlib.
Rəsmilər anonimlik şərtillə mətbuatla görüş keçirib. Həm də Trampın konfidensiallığı ittihamlamasına baxmayaraq, anonimlik şərti ilə məlumat verilib.
Konqres üzvlərinin çağırışlarına əsasən Tillerson Rusiyada demokratiya fəalları ilə görüşə də bilər, görüşməyə də, – deyə rəsmilər bildirib. Rusiya ilə münasibətlər 2014-cü ildən etibarən durmadan pisləşib. O zamandan Rusiya Ukraynanın Krım ərazisini ilhaq edib və sonra Ukraynanın şərqində Rusiya tərəfdarı olan separatçılara silahla yardım etməyə başlayıb. Obama administrasiyası və Qərb ölkələri Rusiya Krımı qaytarana qədər Moskvanı ağır iqtisadi sanksiyalarla şapalaqlayıb və Tramp bu günə qədər həmin qadağaları qüvvədə saxlayır.
Bununla belə, Putin hökuməti prezident Tramp haqqında nikbin fikirdədir. Çərşənbə axşamına, kimyəvi hücum qədər Trump və onun müavinləri deyirdilər ki, Suriyada onların əsas məqsədi Əsədi devirmək yox, İŞİD qrupu ilə mübarizədir və bu mövqe Putinin mövqeyi ilə uzlaşdırılır.
Cümə axşamı bəyanat verən Trampa görə, Əsədlə bağlı "nə isə baş verməlidir", kimyəvi hücumla o, çubuğu çox əyib. Onun administrasiyası diqqətini Əsədin vəhşiliklərinə və Suriyada ən güclü müttəfiqi olan Rusiyadan aldığı dəstəyə yönəlib.
"Associated Press"ə müsahibəsində Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın Əsədə dəstəyi şərtsiz deyil. Peskov həm də Putinin Əsədin üzərində qeyri-məhdud təsirə malik olduğunu təkzib edib: "Moskvanın ona lazım olduğunu edə bilməsi üçün Əsədə hökm verməsini iddia etmək doğru deyil".
Trampın keçid komandasına xarici siyasətlə bağlı tövsiyələr vermiş "Heritage Foundation"ın elmi əməkdaşı Ceyms Karafano deyib ki, Trampın Putinlə xüsusi əlaqələrə malik olacağına dair rəylər həmişə təşəxxüslü idi. "Heç kim deməyib ki, biz yalnız Rusiya ilə müqavilə imzalamaq üçün bu işə baş qoşmuşuq və ona görə buradayıq", – Karafano bildirib.(Tərcümə: Strateq.az)
MilliYol.Az
Digər xəbərlər
loading...