"Dünya Bankının Ermənistan ərasizindən onun işğal etdiyi Kəlbəcər rayonuna avtomobil yolu çəkməsi üçün maliyyə ayırması haqda məlumat həqiqətə uyğundursa, rəsmi Bakı sərt reaksiya verməli və bu layihənin həyata keçirilməsinə mane olmalıdır”.
Bunu virtualaz.org saytına politoloq Ərəstun Oruclu Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna magistral yolun əsaslı təmirinin başlaması haqda xəbəri şərh edərkən deyib.
Hərçənd ki, Ərəstun Oruclu bu informasiyanın doğruluğuna inanmır: “Mən Dünya Bankının belə bir addım atacağını güman etmirəm, çünki öncədən Kəlbəcərin Azərbaycanın işğal altında olan ərazisi olduğundan məlumatlıdır və bilir ki, BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməsində işğal faktını qeyd və ittiham edib. Məncə, bu, Ermənistanın növbəti uydurmasıdır və bir daha vurğulayıram ki, Dünya Bankı rəhbərliyinin belə bir addım atdığını güman etmirəm. Bununla belə, istənilən halda rəsmi Bakı bu məsələni araşdırmalıdır”.
“25 ildir ki, BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasına dair qətnaməsi mövcuddur. Bəs Dünya Bankında bu faktdan xəbərdar deyillərmi? Əgər məlumatlıdırlarsa, o halda Azərbaycanın suverenliyinə hörmətlə yanaşmırlar. Onlar bu addımı bilərəkdən atmayıblarsa, o zaman biz bu təxribatın qarşısını vaxtında ala bilmədiyimizə görə təqsirkarıq”.
Bunu isə məsələni şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, Bakı dərhal bu məsələ ilə əlaqədar sərt mövqeyini bildirməli və bu yolun inşasına kredit ayrılmasına mane olmalıdır.
“Dünyada hamıya məlumdur ki, Kəlbəcər Azərbaycanın ərazisidir, Ermənistan tərəfindən işğal olunub və heç bir beynəlxalq struktur, eləcə də Dünya Bankı Bakının icazəsi olmadan həmin regionda hər hansı bir layihəyə bir sent belə ayıra bilməz”,- deyə o əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...