Aprelin 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
MilliYol.Az xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyeva məlumat verib. Bildirilib ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.
Daha sonra ölkə başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar və sərgilərin işinə uğurlar arzulayıblar.
Sonda birinci xanım Mehriban Əliyeva sərgi iştirakçıları ilə selfi çəkdirib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...