Rusiya energetika naziri Aleksandr Novakın fikrincə, neftin ucuzlaşası dövrü 2017-ci ildə bitəcək. MilliYol.Az anspress-ə istinadən xəbər verur ki, "Vestifinance" forumunda çıxış edən rus nazir gələn ilin sonlarından "tələb və təklif balansının bərpası"nın baş verəcəyini bildirib.
Amma Novakın sözlərinə görə, "qısamüddətli kənaraçıxmalar" ola bilər: "Düzünü desəm, mən qısamüddətli kənaraçıxmaları istisna etmirəm, amma bütünlükdə meyl bahalaşmaya doğru olacaq. Amma kənaraçıxmalar istisna edilmir, çünki neftin qiymətinin indiki bahalaşmasına bir sıra ölkələrdə baş vermiş fövqəladə hallar təsir edib. Bunların sırasında Kanadada yanğınları, Liviya və Nigeriyada fövqəladə halları, Küveytdə tətillər var".
Novak düşünür ki, 2017-ci ildən sonra neftin barrelinin qiyməti 60-65 dollar diapazonuna qayıda bilər. Onun fikrincə, sahənin perspektivlərinə sərmayəçilərin inamının azalması hasilatın azalmasına səbəb olacaq: "Bizim qiymətləndirməmizə görə, indiki neft qiymətlərində belə hasilat azalacaq və iyul-avqust aylarında ən aşağı nöqtəyə düşəcək. ABŞ-da da hasilat daha 700 min barrel/sutka azalacaq".
Buna görə Novak yaranmış vəziyyət neft hasilatınan səviyyəsinin azalması barədə müzakirələri arxa plana keçirdiyini bildirib.
Bu ilin yanvar ayında Brent neftinin qiyməti son bir neçə il üzrə ən aşağı səviyyə - barrel üzrə 28 dollar ətrafına düşüb. Amma may ayında Brent neftinin qiyməti yenidən 50 dollar ətrafına qayıdıb. "Goldman Sachs"ın hesabatına görə, cari ilin ikinci yarısında bazarda qıtlıq yaranacaq. Buna görə də, hazırda dünya üzrə ən iri neft hasilatçısı olan Rusiyanın energetika nazirinin dediklərinin də bazara az təsiri olmayacaq. Bu, bazarda yeni qiymət artımı və ya hazırkı 50 dollarlıq səviyyənin sabitləşməsi ilə nəticələnə bilər.
Hər halda Rusiya neft bazarının çox önəmli iştirakçısıdır. Hazırda dünya üzrə 96,1 milyon barelə bərabər günlük neft hasilatının 10,8 milyon bareli Rusiyanın payına düşür. Səudiyyə Ərəbistanı hazırda hasilata görə dünya ikincisidir. Bu ölkənin gündəlik neft hasilatı 2016-cı ilin I rübündə 10,3 milyon barel, Rusiyanınkı isə 10,8 milyon barel olub. Üçüncü yerdə ABŞ gəlir. Bu ölkənin günlük hasilatı hazırda 9 milyon barrelə ətrafında dəyişir.
MilliYol.Az
Digər xəbərlər
loading...