Səmimidir, əksər şou əhli kimi danışanda sözlərinə ütü çəkmir. Buna görə də iynəli sözləri çox vaxt başına bəla olur. Amma kim nə deyir-desin, özü demişkən Yaqub kişinin, bu qara qızı sevilir də...
Röyanı deyirəm, kişilərin röyasını qarışdıran əməkdar artist Röya Ayxanı...
Yeniçağ.az-a müsahibə verən Röya ən məhrəm sirlərini açıqlayıb.
- Bir çox dünya ulduzları vücudlarının gözəgəlimli əzalarını sığorta etdirir. Sənin gələcəkdə belə bir fikrin varmı?
- Hələlik bu barədə düşünməmişəm. Amma gələcəkdə belə bir fikrə düşsəm, ilk növbədə, sinəmi sığorta etdirəcəm.
- Niyə məhz sinəni?
- Ona görə ki, sinəmdə xal da var, çox qəşəngdir.
- Bəs qiyməti?
- Hələ məbləği nəzərdə tutmamışam. Sinəmi zarafatla dedim. Bədənimin hansı əzasını sığorta etdirmək barədə doğrudan fikirləşməmişəm. Cünki elə bir gözəl yerim yoxdur. Amma böyük məmnuniyyətlə, səsimi sığorta etdirərdim.
- Hansı məbləğə?
- Ayyy... Çox baha. Bunu səsimdəki rəngi qorumaq üçün edərdim. Demirəm, səsim var (gülür), amma səsimin rəngi var. Amma indi gərək sığorta şirkətləri də real olsun ki, mən bu arzumu reallaşdırım.
- O rəngin qiyməti də yəqin çox başa olar?
- Əlbəttə baha, səsimi 100 milyon dollara sığorta etdirərdim.
- Bəs sinəni?
- Sən ancaq seksual suallar verirsən də (gülür). Sinəmi 50 milyona, çünki çox möhtəşəmdir.
- Səmimiyyət başına bəla olurmu?
- Yox, olmur, rahat adamam mən. Söz-söhbətləri boş verirəm.
- Cəmiyyətdə səni ən çox nə qıcıqlandırır?
- Mən Bakıya ancaq işlərimi görmək üçün gəlirəm. Heç nədən xəbər tutmuram. Buna görə çox da problemim olmur.
- Bakıda yaşamırsan ki?
- Bakıda da yaşayıram, İstanbulda da.
- Sevgisiz yaşamaq mümkündür?
- Sevgi çoxdur həyatımda.
- Bir sevgini unudub, yenisinə başlamaq üçün Röyaya nə qədər vaxt lazımdır?
- Düşünürəm ki, bunun üçün mənə 6 ay kifayət edir. (düşünür)...yox... 9 ay.
- Bir sevgi ilə vidalaşanda depressiyaya düşürsən?
- Qətiyyən. Mən, ümumiyyətlə, depressiyanın nə olduğunu bilmirəm. Mən də belə adamam.
- Hesab edirsənmi ki, kişiyə görə depressiyaya düşməyə, stress yaşamağa dəyməz.
- Əlbəttə dəyər, kişi deyəndə bu siyahıda atam, qardaşım da var axı.
- Mən ata-qardaşdan danışmıram e, sevgilini nəzərdə tuturam...
- Azərbaycan kişisinə görə stress yaşamağa dəyər. Çünki azərbaycanlı oğlanlar oğuldur e... Başqa dövlətlərə gedib görəndən sonra bunu hər bir azərbaycanlı qadın başa düşəcək. Seksual suallar qurtarmadı? (gülür)
- Bir sualıma da cavab alım, mövzunu bağlayaq... Filmə dəvət etsələr, nə qədər qonorar tələb edərsən?
- Əgər qəşəng bir film olsa, ilk başlanğıcda bir qəpik də götürmərəm. İstəyərəm ki, həmin məbləğ filmin istehsalına xərclənsin. Nəticədə də ortaya mükəmməl film çıxartsınlar. Yalnız ondan sonra qonorar barədə düşünərəm.
- Erotik filmə çəkilməyə razılıq verərsən?
- Əlbəttə çəkilərəm.
- Özünü seksual xanım sayırsan?
- Yooox, aradabir...(gülür)
- Bir aylıq xərcin nə qədərdir?
- Heç soruşma, bu, mənim yaralı yerimdir. Sən birgünlük xərcdən danış, çox bədxərcəm.
- Özün xərcləyirsən, yoxsa xərcləyirlər?
- Özüm xərcləyirəm, həm də hamıya. Bütün nəsil mənim əlimə baxır. Oğluma bir kitab alıramsa, bacım uşağına, digər qohumlara da almalıyam; yaxud da geyim... Hüseynə nəsə almışamsa, o biri uşaqları da yadımdan çıxartmıram. Mən də belə insanam, neynim.
MilliYol.Az
Digər xəbərlər
loading...