“Bu ildən başlayaraq qlobal neft bazarında nisbi qiymət sabitliyi müşahidə olunur”
Bunu “Report”a açıqlamasında Energetika naziri Natiq Əliyev deyib:
“Bunu 2016-cı illə müqayisə etmək olar: dünya bazarında neftin qiyməti 30 dollara qədər azalmışdı. Hiss edirdik ki, bu, iqtisadiyyata böyük zərər verəcək”.
Nazir hesab edir ki, həm OPEK, həm də qeyri-OPEK ölkələrində neft hasilatının azaldılması üçün qəbul olunan qərarlar çox düzgün addım olub: “Artıq ilin başlamasından 3 ay keçib və neftin dünya bazarındakı stabilliyini hiss edirik. Bunu davam etdirəcəyik. Bildiyiniz kimi, monitorinq qrupu yaradılıb və həmin qrup bu qərarın necə yerinə yetirildiyini təhlil edir. Neft qiymətlərində çox böyük dəyişmələr heç kimə xeyir gətirmir. Biz istəyirik ki, neftin qiyməti stabil olsun”.
N.Əliyev həmçinin neftin qiymətinin qalxıb-enmə tendensiyasının öncədən bilinməsinin də əhəmiyyətli olduğunu deyib: “Bu, iqtisadi amillərdən asılıdır. Mayda Vyanada OPEK və qeyri-OPEK ölkələrinin görüşü keçiriləcək. Monitorinq qrupunun hesabatından asılı olaraq orada yeni qərarlar qəbul edilə bilər.
Hansı təkliflər ola bilər-ya hasilatı eyni səviyyədə saxlamaq, ya da hansısa əlavə tədbirlər görmək. Neft istehsal edən ölkə kimi biz maraqlıyıq ki, neftin qiyməti stabil qalsın.
Bu gün 60 dollar/barel qiyməti həm istehlakçıları, həm də istehsalçıları qane edir.
Ona görə də çalışacağıq ki, neftin qiyməti belə bir səviyyədə qalsın. Əgər qalarsa, bunun Azərbaycana çox böyük xeyiri olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...