Türkiyədə oğurluq hadisəsi qeydə alınıb.
MilliYol.Az milli.az-a istinadla bildirir ki, 80 yaşlı Rəşid Dalkılıc oğurluqla bağlı polisə müraciət edib. O bildirib ki, evləndiyi qadın başına oyun açıb.
"Həyat yoldaşım vəfat etdikdən sonra ehtiyaclarımı qarşılamaq üçün ikinci dəfə ailə qurmaq qərarına gəldim. Tanışımdan kömək istədim, o da mənə Zeynəbi məsləhət gördü. Mənə dedi ki, onun bir az borcu var. Borcları ödəyib, ona da bir-iki bilərzik almaq lazımdır. Mən də razılaşdım. Qadın evimə gəldi. Birlikdə qaldıq. Səhər bankdan çıxardığım 5 min lirəni ona verdim. Məsciddən evə qayıdanda onu tapmadım. Ümumilikdə 15 min lirə ziyana düşdüm".
MilliYol.Az
Digər xəbərlər
loading...