Bu gün Rusiya Prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin Moskvada keçirilən XIV iclasının iştirakçıları ilə görüşüb.
MilliYol.Az azvision.az-a istinadən xəbər verir ki, Azərbaycanı iclasda təmsil edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-mayor Orxan Sultanov görüşdə iştirak ediblər.
Görüşdə Putin bildirib ki, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi vacib məsələdir. O, qeyd edib ki, MDB ölkələri terrorla yanaşı başqa təhdidlərlə qarşılaşır: "Bura mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, korrupsiya və xarici qüvvələrin ölkələrin daxili siyasi vəziyyətinə təsiri daxildir".
MilliYol.Az
Digər xəbərlər
loading...