Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçirilib.
MilliYol.Az İstipress-ə istinadən xəbər verir ki, bu gün 2 şikayətə baxılıb.
Heç birisində şikayət təmin edilməyib. Buna görə ANS rəhbərliyi hakimlərə etiraz edərək onların tərkibinin dəyişdirilməsini tələb edib. Kassasiya şikayətlərinin davam etdirlməsi üçün ANS Şirkətlər Qrupunun hakimlərin dəyişdirilməsinə dair şikayətinə baxılıb. Baxılan şikayətlər ANS ÇM-ə dəymiş maddi ziyan və ANS Kommers-in hüquqi şəxs kimi məhkəmədə iştirakına icazə verilməməsi ilə bağlıdır.
Məhkəmənin sonunda ANS rəhbərliyinin etirazından sonra hakimlərin dəyişdirilməsi ilə bağlı şikayət qəbul edilib. Hakimlər məhkəmənin təxirə salındığını bildirərək növbəti məhkəmə prosesinin elan ediləcəyini deyib və zalı tərk edib.
MilliYol.Az
Digər xəbərlər
loading...