Aprelin 5-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.
Nazirlikdən MilliYol.Az-a verilən məlumata görə, görüş zamanı tərəflər ölkələrimiz arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətlərini, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə həmçinin Səudiyyə Ərəbistanının Dövlət naziri, Nazirlər Kabinetinin üzvü doktor İbrahim bin Əbdüləziz Al-Assaf, Mədəniyyət və İnformasiya naziri doktor Adel bin Zaid Altoraifi və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rasim Rzayev də iştirak ediblər.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...