Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçirilib. MilliYol.Az xəbər verir ki, Konqresdə Avropa futbol qurumunun İcraiyyə Komitəsinin yeni üzvləri seçilib.
8 vakant yer uğrunda 12 namizəd mübarizə aparıb. Namizədlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. Onunla yanaşı, Zibiqnev Bonek (Polşa), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Kiran Okonnor (Uels), Mişel Uva (İtaliya), Sərvət Yardımçı (Türkiyə), Devid Hill (İngiltərə) və Maykl van Praaq (Hollandiya) İcraiyyə Komitəsinə üzvlüyə iddia edib.
Kipr Futbol Assosiasiyasının fəxri prezidenti Marios Lefkalitis bir müddət öncə namizədliyini geri götürmüşdü. UEFA-nın İcraiyyə Komitəsinə üzvlərdən olan qazaxıstanlı Kayrat Boranbaqey isə tədbirin əvvəlində qısa çıxış edərək, namizədliyini geri götürdüyünü bildirib. Bununla da namizədlərin sayı 11-ə enib.
Elxan Məmmədov cəmi 24 xal toplayıb və UEFA-nın İcraiyyə Komitəsinə üzv seçilə bilməyib. Bununla da o, UEFA-da yüksək vəzifə tutan ilk azərbaycanlı ola bilməyib.
Komitənin yeni üzvləri Con Delani (İrlandiya), Zibiqnev Bonek (Polşa), Devid Hill (İngiltərə), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Mişel Uva (İtaliya), Maykl van Praaq (Hollandiya) və Sərvət Yardımçı (Türkiyə) olub.
MilliYol.Az
Digər xəbərlər
loading...