ABŞ prezidenti Donald Trampın Rusiya ilə şübhəli əlaqələrinə dair yeni sensasion dəlillər ortaya çıxıb
Virtualaz.org xəbər verir ki, “BuzzFeed” nəşri Trampın seçki kampaniyasındakı müşaviri olmuş Karter Peycin Rusiya Xarici Kəşfiyyat Xidmətinin Nyu-Yorkdakı qeyri-leqal agenti ilə görüşdüyünə və ona hansısa sənədlər ötürdüyünə dair məqalə dərc edib. Məqalədə Karter Peyclə Rusiya kəşfiyyatçısı arasında təmasları təsdiq edən sənədlər də yer alır. Bundan əvvəl “BuzzFeed” nəşri Britaniyanın MI6 xarici kəşfiyyat xidmətinin Trampın barəsində Rusiyanın əlində seks-kompromatların mövcud olmasından bəhs edən qalmaqallı məruzəsini dərc etmişdi.
İndi nəşr yazır ki, 2013-cü ild Karter Peyc Nyu-Yorkda Rusiya Xarici Kəşfiyyat Xidmətinin agenti Viktor Podobnı ilə görüşüb, ona hansısa sənədlər verib. Daha sonra ABŞ hakimiyyəti Podobnı və daha iki şəxsə qarşı “xarici hökumətin qeyri-leqal agenti kimi fəaliyyət göstərmək” ittihamı irəli sürüb. İttiham 2015-ci ilin yanvarında, Federal Təhqiqatlar Bürosunun Rusiya casus şəbəkəsini aşkarlamasından sonra irəli sürülüb. Həmin şəbəkə ABŞ sanksiyaları və alternativ enerji sahəsində araşdırmalara dair informasiyaları toplamaqla məşğul idi. Karter Peyc isə energetika məsələləri üzrə məsləhətçi işləyirdi.
ABŞ hökuməti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə Podobnı ilə casus şəbəkəsinin digər üzvü İqor Sporışevlə telefon danışığından bəhs edilir. Onlar öz aralarında “Male-1” kimi işarələnən hansısa şəxsi ələ almaq səylərindən danışırlar. “BuzzFeed” redaksiyası həmin “Male-1”in məhz Karter Peyc olduğunu təsdiqləyən sənədləri əldə edib.
Bu, indiyə qədər Trampın yaxın ətrafı ilə Rusiya kəşfiyyatı ilə təmaslara dair sənədləşdirilmiş ilk sübutdur. Karter Peyc bu iş üzrə Senatın kəşfiyyat komitəsinin təhqiqatlarına könüllü kömək etməyə hazır olduğunu bildirib.
Ötən il Karter Peyc sözün əsl mənasında qəfildən ortaya çıxaraq Trampın seçki komandasının əsas fiqurlarından birinə çevrildi. Tramp seçkiqabağı çıxışlarında onu tərifləyərək xarici siyasət üzrə müşavirlərindən biri kimi təqdim edirdi. Lakin federal müstəntiqlərin Peycin Rusiya ilə əlaqələrini araşdırdığı üzə çıxan kimi onu tələsik Trampın komandasından uzaqlaşdırdılar.
“BuzzFedd” Rusiya Xarici Kəşfiyyat Xidmətinin agentləri Podobnı və Sporışev arasında telefon danışıqlarının məhkəməyə təqdim edilmiş stenoqramını da dərc edib. Məhkəmə sənədlərinə əsasən Podobnı BMT mənzil-qərargahında diplomatik immunitet pərdəsi altında işləyib, əslində isə SVR-in agenti olub. O, SVR-in digər agenti ilə telefon danışıqlarından birində Karter Peyci nəzərdə tutaraq deyir:
“Male-1” yazır , üzr istəyir ki, Moskvaya getmişdi və elektron poçtuna daxil olan məktubları oxuya bilməyib. Deyir qayıdanda görüşmək istəyir. Məncə o, idiotdur və unudub ki, mən kiməm...Onu “Qazprom”la layihə inandırıb, hesab edir ki, onların layihəsi varsa qalxa bilər. Mən ona çox şey vəd etmişəm...Bu, kəşfiyyatın metodudur-xaricilərlə işləmək üçün onlara vəd verib aldatmaq. Xidmətin əvəzində xidmət vəd edirsən. Ondan lazım olan sənədləri alandan sonra deyirsən ki, get s...”.
“BuzzFeed”ə açıqlamasında Karter Peyc təsdiq edib ki, məhkəmə sənədlərində adı keçən “Male-1” odur. O, Podobnı ilə təmaslarını təsdiqləyib, ancaq bildirib ki, bu təmaslar zamanı hansısa həssas sənədləri ötürməyib. Məhkəmə sənədlərinə əsasən Karter Peyc Podobnı ilə 2013-cü ilin yanvarında energetika üzrə konfrans zamanı tanış olub və həmin ilin iyun ayına qədər onunla görüşüb. Elektron poçtla yazışıb, Podobnıya energetika biznesinə dair sənədləri göndərib.
Bundan əvvəl MI6-nın keçmiş əməkdaşı Kristofer Stil tərəfindən hazırlanan dosyedə də hansısa Kreml rəsmisindən sitat gətirilirdi, bildirilirdi ki, Kreml ABŞ-dakı müəyyən fiqurlarla, cümlədən Peyclə münasibətlər qurmağa çalışıb. Onların Rusiyaya səfərlərini dolayısı ilə maliyələşdirib. Mart ayında-cəmi bir neçə həftə əvvəl Karter Peyc Rusiya kəşfiyyatının agenti ilə görüşdüyünü qəti təkzib etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...