Rusiya və Qırğızıstan xarici işlər nazirləri Sankt-Peterburqda törədilən terror aktının icraçısı ilə bağlı məsələsini müzakirə ediblər
MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
”Biz bu gün görüşdə Sankt-Peterburqda baş verən terror aktını müzakirə etdik. Terroru törədən şəxs Qırğızıstan əsillidir, lakin o, Rusiya vətəndaşlığını qəbul edib. Bizim Dövlət Təhlükəsizlik Komitəsi də terrorçu-kamikadzenin Qırğızıstan əsilli Rusiya vətəndaşı olduğunu təsdiqləyib”, - deyə E. Abdıldayev vurğulayıb.
Nazir terrorçu-kamikadzenin İŞİD-lə əlaqəli olub-olmadığı barədə suala da cavab verib. Onun sözlərinə görə, terrorçu-kamikadzenin İŞİD-lə əlaqəli olub-olmadığını söyləmək hələ tezdir: “Bunun üçün xüsusi xidmət orqanlarımızın apardıqları işin sona çatmasını gözləmək lazımdır. Onlar bizə tam məlumat verəcəklər”.
Sergey Lavrov isə çıxışında terrorçunun milliyyətinin olmadığını söyləyib: “Terrorçuluğu insanın hansı milliyyətə və dinə mənsub olması ilə əlaqələndirmək olmaz, bu, qəbuledilməzidir Terrorçuluq bütün bəşəriyyətə, bütün dünya dinlərinə qarşıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...