Azərbaycan millisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. MilliYol.Az xəbər verir ki, komandamızın rəqibi Makedoniya olub.
Hesabı 18-ci dəqiqədə Marcah Radevski açıb. 14 dəqiqə sonra Qoran Pandev fərqi artırıb. 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Əfran İsmayılov millimizi ümidləndirsə də, makedoniyalılar üçüncü qolu da vurub. Əlavə vaxtda fərqlənən İlya Nestorovski komandasına 3:1 hesablı qələbə qazandırıb.
Bu il iki oyun keçirən və qol vura bilməyən millimiz Antalyada Qazaxıstana 0:1 hesabı ilə uduzmuş, Avstriyada Andorra ilə "sülh" bağlamışdı - 0:0. Makedoniya matçında "qol orucu"nu pozan komandamız, yenə qələbəyə həsrət qalıb. Yığmamız Avstriya toplanışı çərçivəsində son oyununu iyunun 3-də Kanadaya qarşı keçirəcək.
Xatırladaq ki, 6 il əvvəl Azərbaycan millisi Avstriyada Makedoniya ilə hazırlıq matçı keçirmiş və onda da bu hesabla uduzmuşdu.
MilliYol.Az
Digər xəbərlər
loading...