Aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.
MilliYol.Az xəbər verir ki, görüşdə Mehriban Əliyevanın iştirakı ilə "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.
Tədbirdə çıxış edən Mehriban Əliyeva bildirib: "Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız. Tapşırığıma əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq".
"Münaqişənin və itkinin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmağıdır. Buradan erməni analarına üz tuturam, söyləmək istəyirəm ki, qoymayın öz balalarınız işğal siyasətinin qurbanı olsun. Buna dəstək verməyin",-deyə Mehriban Əliyeva əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...