ANS şirkətlər qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond “2016-ci ilin adamı”nı simvolik olaraq elan edib
ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev “2016-cı ilin adamı”nın “Aprel şəhidi” olduğunu bəyan edib. O, bununla bağlı bildirib:
“Yadımdadır, keçən il bu günlər Mir Şahin, Azər Qarayev, Ramil İbrahimov, Zaur Naibov, ANS-in çəkiliş qrupunun digər üzvləri və Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuadla birgə cəbhədən Azərbaycan Ordusunun zəfərləri haqda ANS və xarici TV-yə gündə 10-a yaxın reportaj hazırlayırdıq. Ağır günlər idi... Əsgərlərimiz Vətən uğrunda canlarından keçirdi! Şəhidlik zirvəsinə ucalırdılar...
Allah Rəhmət eləsin - 2016-cı ilin Adamı – “Aprel Şəhidi!”.
ANS şirkətlər qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond “Azərbaycanda ilin adamı mükafatı”nı 2001-ci ildə təsis edib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.
AzMedia.info
Digər xəbərlər
loading...