Sankt-Peterburqda metro vaqonunda partlayış baş verib.
"Report" "Life.ru" portalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış "Sennaya" stansiyasında meydana gəlib.
Şahidlərin sözlərinə görə, xəsarət alanlar var.
Güc strukturlarının əməkdaşları hadisə yerinə gediblər.
***
Sankt-Peterburqda metronun iki stansiyasında partlayış baş verib. Bu barədə RİA "Novosti" öz mənbəyinə istinadən məlumat yayıb.
Belə ki, partlayış "Sennaya meydanı" və "Texnologiya İnstitutu" stansiyalarında baş verib. Hazırda insanlar stansiyalardan təxliyə edilir, stansiyalarda tüstülənmə müşahidə olunur.
***
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur.
Partlayışın “Texnoloji institut” stansiyasında baş verdiyi bildirilir. Digər stansiyada isə şübhəli əşyanın tapıldığı deyilir. İki yerdə partlayış olub, 7 stansiya bağlanıb.
Hadisə barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Putin belaruslu həmkarı Alaksandr Lukaşenko ilə danışıqlar aparır. Danışıqlar dayandırılmayıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...