Həm Bakı küçələrində, həm öz İnstagram səifələrində lüks avtomobil kolleksiyalarını və dəbdəbəli həyatlarını nümayiş etdirən gənclər mətbuatdan və onları sosial şəbəkələrdə izləyənlərdən inciyiblər. Buna görə də öz sosial şəbəkə hesablarını bağlayıblar.
Bir neçə gün əvvəl mətbuatda “Bakı küçələrində şütüyən lüks avtomobillər” başlıqlı yazılarda təqdim olunan avtomobillərin kimlərə məxsus olması haqda məlumat verilmişdi.
Araşdırma zamanı məlum olmuşdu ki, dəyəri yüz minlərlə dollarla ölçülən “Lamborghini”, “Ferrari”, “Mercedes”, “Maseratti”, “Audi” kimi bir çox markalı avtomobil kolleksiyası Azərbaycanda tikinti sektorunda böyük pay sahibi olan “Şərurlu İsfəndiyar” kimi tanınan naxçıvanlı iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova və onun qardaşı uşaqlarına məxsusdur.
Məlum olan maraqlı məqamlardan biri bütün lüks avtomobillərin “200” seriyalı olması idi. Müxtəlif markalı “200” seriyalı avtomobillərlə dəbdəbəli villaların, lüks məkanların qarşısında fotolar çəkdirən oliqarx oğlu və qardaşı uşaqları bu göstərişli həyatlarını öz İnstagram səhifələrində nümayiş etdirirdilər.
Oliqarx oğlunun və əmisi uşaqlarının İnstagram səhifəsində minlərlə izləyicisi var idi. Hər bir sosial şəbəkə istifadəçisi onların zəngin həyatını, əyləncə dolu günlərini izləyə bilirdi. Bu fikri keçmiş zamanda işlətməyimizin səbəbi budur ki, artıq oliqarx övladları öz izləyicilərinə qadağa qoyub. İnstagram səhifələrini bağlayan gənclər artıq lüks həyatlarından olan anılarını yalnız öz dostları və qohumları ilə bölüşməyi qərarlaşdırıblar. Və bir gün ərzində səhifələrini bağlayıblar.
Xatırladaq ki, bu halla ilk dəfə olaraq Axundovlar ailəsinin timsalında rastlaşmırıq. Ötən zaman ərzində də dəfələrə sosial şəbəkələrdə lüks avtomobillərini, xarici ölkələrdəki əyləncəli həyatlarını sosial şəbəkələrdə gözə soxan bəzi məmur və oliqarx övladları sonradan bu əməllərindən peşman olmuşdular. Onlar da eyni ilə Axundovların gəncləri kimi öz hesablarını bağlamışdılar.
Yəqin ki, bu yazı ilə tanış olan oxucular üçün haqqında danışdığımız fotolar maraqlı olar. Həmin fotoları təqdim edirik. (Musavat.com )
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...