Mart ayının 31-də Dağıstanda çalışan azərbaycanlı sürücülərə qarşı vəhşilik törədilib.
MilliYol.Az xəbər verir ki, bu barədə musavat.com-a Dağıstanda çalışan azərbaycanlılar müraciət edib. Vəhşiliyi yerli sürücülər ediblər. Onlar həmyerlilərimizin idarə etdikləri yük maşınlarını daşa basıb, yandırıb və özlərini də döyüblər.
Dağıstanlı yük maşını sürücüləri bu əməli etmələri ilə bağlı səs yazılarını da yayıblar. Həmin səs yazısında onlar azərbaycanlı sürücüləri lazımi qaydada cəzalandırdıqlarını, hətta polislər gələnə qədər əllərindən gələni etdiklərini bildiriblər.
Səs yazısında aşağıdakı deyilir: “Qardaşlar, kim yatmayıbsa, xəbər edirəm. Bu gün bizə baş barmağını göstərən azərbaycanlı sürücünün maşınını məhv etdik, özünün də burnunu sındırdıq. Hadisə 5-10 dəqiqə əvvəl, Qoçubəy ərazisində oldu. Digər maşınları da apardılar”.
Səs yazısından və redaksiyamıza məlumat verən şəxsin açıqlamasından aydın olur ki, Gizlər-Qoçubəy yolunda bizim yük maşınlarına qarşı vəhşicəsinə baş verən hücumun səbəbi kimi guya azərbaycanlı sürücülərdən birinin onlara söyüş mənasını verən baş barmaq işarəsi göstərməsi bildirilir. Amma əsl səbəb başqadır. Tətil edən dağıstanlı sürücülər federal yoldan hər hansı yük maşınının, eləcə də Azərbaycan firmalarına məxsus maşınların keçməsini istəmir. Bunun ucbatından tərəflər arasında mübahisə düşüb və nəticə azərbaycanlı sürücülərin cəzalandırılması ilə bitib.
Hadisə nəticəsində zədə alan sürücünün kimliyi bilinmir. Amma fotodan onun kim olduğu müəyyənləşdirilə bilər. Bundan başqa, yük maşınlarının məxsus olduğu firma rəhbərliyi də hadisəni araşdıra bilər.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...