Prezident Aprel hadisələrinin ildönümündə hərbiçilərlə görüşündə bir daha göstərdi ki, Dağlıq Qarabağ məsələsi sırf Azərbaycanın daxili işidir və bu məsələyə heç kim müdaxilə edə bilməz.
Bu sözləri axar.az-a Prezident İlham Əliyevin Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündəki nitqini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq vurğulayıb ki, prezidentin cəsarətli çıxışı həqiqəti əks etdirir:
“Ölkə başçısı bildirdi ki, Qarabağ problemi beynəlxalq hüquq normalarına uyğun həll edilənədək Azərbaycan məsələni öz nəzarəti altında saxlayacaq. Prezident bununla bir daha vurğuladı ki, Dağlıq Qarabağ məsələsi sırf Azərbayacnın daxili işidir və bu məsələyə heç kim müdaxilə edə bilməz. Lavrovun Ermənistanı təcavüzkar adlandırmaq əvəzinə Dağlıq Qarabağın Azərbaycanın daxili iş olmadığı ilə bağlı işlətdiyi ifadələr neoimperiya siyasətinin təzahürüdür. Ancaq Azərbaycanı heç bir təhdid qorxuda bilməz. Prezidentin son çıxışdakı ən önəmli mühüm mesaj o idi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bütün variantlardan istifadə edəcək”.
Q.Hüseynli bildirib ki, Ermənistan sülh danışıqları prosesini pozmağa çalışsa da, prezident məsələnin sülh yolu ilə həllinin perspektivlərinə inamla baxdığını nümayiş etdirdi:
“Yəni Ermənistan prosesə maneçlilik törətətməyə davam edərsə, məsələnin həlli ilə bağlı yollar aramaq Azərbaycanın öz siyasi iradəsindən asılı olacaq və bu da milli maraqlarımıza uyğun şəkildə özünü göstərəcək. Zənnimcə, bu, birbaşa Sərkisyanın “İsgəndər”lərlə bağlı bəyanatlarına bir cavab idi. Prezidentin Aprel döyüşlərində sərəncamda olan hərbi resursların çox cüzi bir hissəsindən istifadə edilməsinə dair ifadələri ona dəlalət edir ki, bu hadisə təkrarlanarsa, Ermənistan çox pis vəziyyətdə qalacaq. Bir sözlə, müşavirə göstərdi ki, Azərbaycan Ordusu gündən-günə möhkəmlənir, döyüş tapşırıqları uğurla həyata keçirilir, ən əsası isə Ali Baş Komandanın ordu ilə əlaqəsi çox sıxdır”.
Qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ötən gün Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşüb.
MilliYol.Az
Digər xəbərlər
loading...