Ağ ev ABŞ administrasiyası əməkdaşlarının maliyyə vəziyyəti ilə bağlı yeni məlumat yayıb.
İstiPress-in RİA-ya istinadən verdiyi məlumata görə, prezidentin qızı İvanka Tramp və həyat yoldaşı Jared Kuşnerin var-dövləti 740 milyon dollar təşkil edir.
J.Kuşner Ağ ev administrasiyasında yer alsa da hələ də tikinti sahəsində fəaliyyət göstərən 200-dən çox şirkətin rəhbəri kimi fəaliyyət göstərir. Onun həyat yoldaşı İvanka Tramp Ağ evdə atasının müşaviri vəzifəsini daşıyır. Rəsmi vəzifəyə gətirildikdən sonra o, ailə biznesini idarə etməkdən imtina etsə də, "Trump International Hotel" və Vaşinqtondakı biznes mərkəzindəki hissələrindən gəlir əldə edir.
Bir müddət öncə "Bloomberg" agentliyinin yaydığı məlumatda qeyd olunurdu ki, Tramp administrasiyası üzvlərinin ümumi sərvəti 12 milyard dollardır. Onlar içərisində ən varlı olanı İqtisadi məsələlər üzrə müşavir Geri Kondur. Ağ evin məlumatına görə, onun ümumi var-dövləti 252-611 milyon dollar arasında dəyişir. Konun təkcə bir il üçün gəliri 77 milyon dollar təşkil edir.
MilliYol.Az
Digər xəbərlər
loading...