Rusiyanın Krasnoyarsk vilayətində federal axtarışda olan azərbaycanlı saxlanılıb
MilliYol.AZ Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə baş idarəsinin saytına istinadən verdiyi məlumata görə, 2015-ci ilin yayında ətraf rayonlardan olan biznesmenlər həmin şəxsin güc tətbiq edərək onlardan pul alması ilə bağlı polisə şikayət ediblər.
Faktla bağlı “Soyğunçuluq” maddəsi ilə cinayət işi açılıb. Daha əvvəl məhkum olunmuş 1987-ci il təvəllüdlü azərbaycanlı federal axtarışa verilib. Bu günlərdə operativ-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
Hazırda polis onun törətdiyi cinayətin təfərrüatlarını və digər cinayətlərdə iştirakını araşdırır. (apa)
MilliYol.Az
Digər xəbərlər
loading...