Abşeronda kriminal aləmin adamlarının pul mübahisəsi zamanı atışma baş verib. Bir nəfər ölüb, digəri yaralanıb.
MilliYol.Az-ın yeniçağ.az-a istinadən məlumatına görə, hadisə Xırdalan çəhəri 28-ci məhəllədə qeydə alınıb. Malik adlı şəxs makarov tipli tapançadan açdığı atəşlə Valehi baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib, onun tanışı 32 yaşlı Xəyal Oktay oğlu Paşayevi isə güllələyib. 3 güllə yarası alan Xəyal Paşayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Araşdırmalar zamanı məlum olub ki, hadisə borc pul üstə baş verib. Valehin tanışı ona müraciət edərək bildirib ki, Malik adlı şəxs ona olan borcunu qaytarmır. Valeh pulu alacağına söz verərək Maliki görüşə çağırıb. Valeh görüşə tanışı Xəyal Paşayevlə gəlib. Hər iki tərəf pul mübahisəsinə silahla gəlib.
Mübahisə zamanıda Malik üzərində olan silahla Valehin baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçmaq istəyən Xəyal Paşayevə atəş açıb. Atılan altı güllədən üçü Xəyala dəyib. Malik daha sonra hadisə yerini tərk edib. Dünyasının dəyişən Valehin əlində makarov tipli tapança olub.
Faktla əlaqədar cinayət işi başlanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...