Lerik rayon Veri kəndinin 37 yaşlı sakini Rafael İsiyevin qulaqlarını kəsən şəxslər hələ həbs olunmayıb. Bu barədə aznews.az-a Lerik Rayon Polis Şöbəsindən məlumat verilib.
Şöbədən bildirilən məlumata görə, cinayəti törədən şəxsin kimliyi məlumdur: “Amma hələ onları həbs etmək mümkün olmayıb. İnanıram ki, yaxın saatlarda onlar həbs olunacaq. Hazırda onlar Lerik rayonu ərazisində gizləniblər”.
Şöbədən qulağı kəsilən R.İsayevin səhhətinin stabil olduğunu bildiriblər.
Qeyd edək ki, mayın 28-də Lerik rayonunun Veri kəndinin sakini 72 yaşlı Əbil İsiyev yaşadığı evində həmkəndlisi tərəfindən baltalanıb. Daha sonra onun oğlu 37 yaşlı Rafael İsiyevin qulaqları kəsilib.
MilliYol.Az
Digər xəbərlər
loading...