Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər nişanlanıb. Müğənni xəbəri hər kəsdən gizlədir.
Nişan Novruz bayramı ərəfəsində baş tutub. Restoranların birində keçirilən mərasimdə ancaq ailə üzvləri iştirak ediblər.
Məlumatı dəqiqləşdirmək üçün Lent.az-ın əməkdaşı M.İsgəndərli ilə əlaqə saxlayıb. O isə bu xəbərə belə münasibət bildirib: "Yenə qızımdan yazıblar? Yazsınlar... Həmişə bu barədə yazırlar. Amma mən bu xəbər barədə başqa nəsə deməyəcəm. Allah köməkləri olsun”.
Qeyd edək ki, bu yaxınlarda Ülkərin ad günü olmuşdu. M.İsgəndərli məclisdə qızına bir şəxsin gül dəstəsi göndərdiyini, amma onun kimliyini gizli saxladığını demişdi.
Onu da bildirək ki, bu, müğənninin qızının üçüncü nişanıdır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...