Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı intihar edib.
MilliYol.Az xəbər verir ki, məlumatı azadlıq.info-ya rayondakı mənbələr verib.
Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.
"Qaynarinfo" dəqiqləşdirmə üçün Qəbələ rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova bildirib ki, biz də məlumatdan oxumuşuq, doğru olub-olmadığını bilmirik. Arif Allahverdiyevin nömrəsini istədikdə isə telefon dəstəyini asıb.
Arif Allahverdiyev isə telefon zənglərinə cavab verməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...