Ermənistan ordusunun son günlər təmas xəttində verdiyi və ictimaiyyətdən gizlədilən daha bir hərbçi itkisi barədə məlumat yayılıb.
MilliYol.Az Virtualaz.org xəbər verir ki, martın 27-də təmas xəttində baş leytenant, 27 yaşlı Qiorgi Adonyan öldürülüb. Məlumat sosial şəbəkələrdə "Azeri Patriots” adlı istifadəçi tərəfindən yayılıb. Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı qondarma rejim martın 27-də təmas xəttində itki verdikləri haqda heç bir informasiya verməyib. Həmin istifadəçi düşmən ordusunun ilin əvvəlindən bəri azı 19 hərbçi itirdiyini bildirir, onların ad-soyadlarını, hərbi rütbələrini göstərir. (Bu itkilərin əksəriyyəti barədə xəbərlər artıq yayılıb).
Xatırladaq ki, ötən gün martın 28-də də düşmən itki verib-təmas xəttinin Ağdam istiqamətində Artak Rafaelyan adlı erməni pulemyotçu vurulub. O, həm də aprel döyüşlərinin iştirakçısı və idmançı-rekordsmen olub
MilliYol.Az
Digər xəbərlər
loading...