“Əgər biz yaxınlarda yenilənmiş bir MHP görə bilsək, bundan ən çox ziyan çəkən ilk növbədə AKP olacaq”.
Bu fikirləri pia.az-a "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, BDU-nun beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu Türkiyənin Baş naziri Əhməd Davudoğlunun istefasını şərh edərkən bildirib.
Xatırladaq ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu dünən prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra mətbuat konfransı keçirərək istefasını açıqlayıb. Bu istefanın səbəbi kimi prezident Ərdoğanla Davudoğlu arasında fikir ayrılığı göstərilir. Buna baxmayaraq, yerli və xarici mətbuat bu istefaya bir neçə səbəb göstərməkdədir. Hazırda Ankara 14 illik AKP iqtidarı dövründə bəlkə də ən hərəkətli günlərini keçirir.
Qeyd edək ki, 2014-ci ilin avqustunda prezident Rəcəb Tayyib Ərdoğanın yerinə keçən Əhməd Davudoğlu qazandığı iki seçimə baxmayaraq istefa verəcəyini açıqlayıb. Davudoğlu istefasına səbəb kimi öz istəyindən əlavə başqa amillərin də rol oynadığını bildirib. Mətbuat hər nə qədər bu ayrılığı sürpriz olaraq göstərsə də, Anakara rəsmiləri bu istefanın sürpriz olmadığını bildirir. Ərdoğanla Davudoğlunun sürpriz şəkildə yollarını ayırmaları nədən qaynaqlana bilər? Doğurdanmı Davudoğlu Ərdoğanın əsas hədəfi olan prezidentlik üsul-idərəsinə qarşı əngəl hesab olunur?
Pia.az-ın əməkdaşı bu mövzunu “Oğuzl” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu ilə müzakirə edib.
Politoloqun fikrincə, əsas səbəblərdən birincisi və görünməyən tərəfi prezident Ərdoğanla arasındakı müəyyən fikir ayrılıqları, eləcə də görünən tərəfi partiyanın son Mərkəz Yürütmə Kurulunda baş verən narazılıqlardır. Politoloq eyni zamanda bunun AKP partiyasının yeni strategiyası ilə də bağlı ola biləcəyini qeyd edib. Onun fikrincə, yaxınlarda yenilənmiş MHP ortaya çıxarsa, bundan ən çox ziyan çəkən AKP olacaq:
“Davudoğlunun mayın 2-də təyin olunan konqresdə namizədliyini verməyəcəyini və bununla da faktiki olaraq istefa qərarı almasının bir neçə səbəbi var. Təbii ki, bu səbəblərdən də ən birincisi və görünməyən tərəfi prezident Ərdoğanla arasındakı müəyyən fikir ayrılıqları, eləcə də görünən tərəfi partiyanın son Mərkəz Yürütmə Kurulunda baş verən narazılıqlardır. Digər tərəfdən başqanlıq sisteminə keçid yolunda prezident - baş nazir əməkdaşlığında yeni modelə ehtiyac olduğu özünü getdikcə daha ciddi şəkildə göstərirdi. Unutmayaq ki, 14 avqust 2014-cü ildə Ərdoğanın baş nazirlikdən prezidentliyə keçməsinin və yerinə Əhməd Davudoğlunu gətirməsinin ardınca hər kəs, onun AKP liderinin idarəsi altında olacağına inanırdı. Lakin zaman bunun əksini göstərdi.
Bu həmçinin yeni dönəmdə AKP-nin bir partiya olaraq yeni şəkildə addımlamaq strategiyası ilə də bağlı ola bilər. Partiya baş verən dəyişikliklərə daha adekvat reaksiya verməyə çalışır. MHP-də baş verənlər, əslində AKP üçün ciddi siqnallardır və əgər biz yaxınlarda yenilənmiş bir MHP görə bilsək, bundan ən çox ziyan çəkən ilk növbədə AKP olacaq. Bunu unutmaq olmaz.
Türkiyə medyasında da yer aldığı kimi siyasi kulislərdə Davudoğlu sonrası üçün müxtəlif adlar səslənsə də, fikrimizcə 3 ad əsas müzakirə obyektləridir: Ədliyyə naziri Bekir Bozdağ, Energetika naziri Berat Albayrak, Nəqliyyat naziri Binali Yıldırım. Hər halda Ərdoğanın surpriz ad üzərində duracağına inanmaq çətindir və böyük ehtimal ki, bu beş isimdən biri baş nazir kürsüsünə əyləşəcək”.
Vüqar Zifəroğlu həmçinin Keçmiş prezident Abdulla Gülün yenidən böyük siyasətə qayıtması ehtimalını da dəyərləndirib. Onun fikrincə belə bir ehtimal ortada yoxdur:
“Keçmiş prezident Abdulla Gülün yenidən böyük siyasətə qayıtması və yeni höküməti qurmasına ehtimal vermirəm. Bu inandırıcı deyil”.
Digər xəbərlər
loading...