Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.
MilliYol.Az azvision.az-a istinadən xəbər verir ki, bu fikirləri sabiq prezident "Kentron" telekanalının efirində səsləndirib.
Ter-Petrosyan deyib: "Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq".
Eks-prezident Madrid prinsiplərin dəstəklədiyini vurğulayıb:"Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam".
Qeyd edək ki, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni Milli Konqresi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...