Rəqqasə Oksana Rəsulovanın rəhbəri olduğu “Oksi media” şirkəti tərəfindən lentə alınan “Mələyin öpüşü” filminin ilk tanıtım çarxı təqdim olunub.
Axşam.az-ın məlumatına görə, ekran işində baş rolları xalq artisti Fuad Poladov, rəqqasə Oksana Rəsulova və reper Elşad Xose çəkiliblər.
Filmin ssenari müəllifi Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. İdeya müəllifi Nərgiz Qasımova, operatoru Elman Əliyevin olduğu ekran işi sentyabrda təqdim eciləcək.
"Mələyin öpüşün"də eyni zamanda Münəvvəl Əliyeva, Şamil Süleymanov, İlhamə Qasımova, Şəhriyar Əbilov da rol alıblar.
Filmdə diqqət çəkən məqamlardan biri Oksana ilə Elşadın öpüşmə səhnəsidir.
O.Rəsulova filmin reklam çarxını "Bu da sizə şok!" şərhi ilə paylaşıb.
MilliYol.Az
Digər xəbərlər
loading...