Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Orucovun hökmü bir qadını dəmir barmaqlıqlar arasına, uşaqlarını isə ev-eşiksiz qoydu.
Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirlmiş məhkəmə iclası Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2, 29, 178.3.2, 182.3.1 və 182.3.2-ci maddələri ilə cinayət törətməklə təqsirli bilinən vətəndaş Reyhan Hüseynovanın martın 16-na təyin edilmiş apellyasiya şikayəti növbəyi ayın 6-na qədər təxirə salındı.
Xatırladaq ki, 2016-cı il dekar ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilmiş məkhəmənin hökmü ilə Reyhan Hüseynova cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Təqsirləndirilən Reyhan Hüseynovanın vəkili və övladları ona qarşı haqsılığa yol verildiyini və bu hökmün qərəzli, sifarişli olduğunu iddia edərək bir sıra aidiyyatı orqanlara şikayət etmiş, kütləvi informasiya vasitələrinə müraciət edərək ictimaiyyətin geniş diqqətinə çatdırmaq istəyirlər. İbtidai istintaq zamanı da məhkəmə prosesində də Reyhan Hüseynova özünü təqsirli bilməyərək göstərmişdir ki, 2012-ci ilin noyabr ayında özü üçün ev axtarmış, həmin ərəfədə qonşusu Ceyran Rüstəmova ona zəng edərək Ema adlı makler tanışı vasitəsi ilə ona ev tapa biləcəklərini bildirmişdir və sonradan adını bildiyi Mətanət Gülməmmədova ilə görüşmüş, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi ev 10, mənzil 40A ünvanda yerləşən həyət evinə baxmaq üçün getmişlər. Orada ev sahibi Babayeva Xavər və ailə üzvləri ilə tanış olmuşlar. Reyhan evi bəyənmiş, lakin “Amrah Bank”da ipotekada olduğunu bildikdən sonra etiraz etmişdir. Sonra ev sahibləri ona zəng edərək ev ipotekadan çıxarılsa almağa razı olduğunu soruşmuş və razılıq aldıqdan sonra 08 dekabr 2012-ci ildə görüşmüşlər. Sonra Suraxanı rayonu ərazisində yerləşən 10 saylı notariat kontoruna gedərək, Notariat kontorunda alqı-satqıya dair əməliyyatlar aparılmış, daha sonra birlikdə banka gedərək 200.000 manat ödəniş edib evi Xavər Babayevadan almışdır. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən R.Hüseynovanın adına mülkiyyətə dair çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq Xavər Babayeva və ailə üzvləri evi tərk etməmişlər. Reyhan Hüseynova Yasamal rayon Məhkəməsinə iddia ilə müraciət etmiş və 29 may 2013-cü il tarixdə həmin mənzildə yaşayan vətəndaşların evdən məcburi çıxarılmasına nail olmuşdur.
Başqa bir epizodda isə Reyhan Hüseynova tanışı Səkinə Sadıxovanın ondan təcili olaraq borc pul tapmasını xahiş etmişdir. O, da Ceyran Rüstəmovadan 20 min manat alaraq pulu Səkinəyə vermişdir. Səkinə pulu bir həftəyə qaytaracağını bildirsə də vaxtında qaytarmamış. Buna görə də 2013-cü ilin may ayında Ceyran və Səkinə Reyhan Hüseynovanın maşında görüşmüş söhbət etmişlər. Səkinə Ceyrana qışqıraraq səs-küy salsa da, lakin bir müddət sonra pulu qaytarmışdır. Bir müddət sonra Səkinə yenidən ondan 100 min manat istədiyini bildirmiş, Reyhan Hüseynova Səkinəyə 100.000 manat borc vermiş və notariat qaydada müqavilə bağlamışlar. Aralarındaki müqaviləyə əsasən bir ay müddətinə Səkinə pulu qaytarmaq öhdəliyi götürmüş, lakin borcu qaytarmamışdır. Reyhan Hüseynova Yasamal rayon Məkhəməsinə müraciət edərək 100.000 manat pulu tələb etmiş, həmin məhkəmənin qətnaməsi ilə iddia təmin olunmuşdur.
Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Xavər Babayevanın və Səkinə Sadıxovanın ifadələri başdan-ayağa uydurma olduğunu bilmək üçün hüquqşünas olmaq lazım deyil. Çünki notariat kontorunda aparılmış bütün əməliyyatlarda nə Xavər Babayevanın nə də Səkinə Sadıxovanın bir sənədə belə baxmadan imza etmələri inandırıcı görsənmir. Xavər Babayeva savadsız olub, özü baxmayıb. Bəs, yanında olan oğlu, qardaşı necə ipoteka müqaviləsi ilə alqı-satqı müqaviləsini ayırd edə bilmirdilər? Digər tərəfdən Reyhan Hüseynovanın əlində notariusun depozit hesabına ödənilmiş 200.000 manatın qəbzi var. Əgər o pul olmayıbsa o, qəbz necə verilə bilərdi? Həmçinin Səkinə Sadıxova ilə olan epizodlarda da Səkinə Sadıxova bir yox, bir neçə dəfə aldadıldığını iddia edir. Lakin ondan soruşulmur ki, bir dəfə aldadıldığını hiss etdinsə, ikinci dəfə nə üçün eyni əmələ imza atdın, yaxudda aldadıldığını bildinsə nə üçün dərhal hüquq mühafizə orqanlarına müraciət etməmisən? Əgər şikayət ərizələrində yazdığın kimi Reyhan Hüseynova səndən uzun illər, dəfələrlə hədə qorxu yolu ilə pullar almışdısa Sən ona 2012-ci ildə öz evini necə kirayə vermişdin? Bu kimi halların üstündən Bakı şəhər Prokurorluğunun Mühüm İşlər Üzrə müstəntiqi Asəm Səfərəliyev də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Orucov da sükutla keçiblər. Nə üçün?
Bəs necə oldu ki, pulları gedən də həbs olunan da Reyhan Hüseynova oldu?
Reyhan Hüseynova barəsində həbs qətimkan tədbiri 12 sentyabr 2014-cü il tarixdə seçilib. 07 dekabr 2016-cı ildən ona hökm oxunub və cəzasını ciddi rejimli cəzaçəkmə müssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib. İki ildən artıq bu müddət ərzində Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin mühüm üzlər üzrə müstəntiqi, ədliyyə müşaviri Asəm Səfərəliyevin apardığı istintaq hərəkətlərində, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Orucovun çıxardığı hökmdə bir sıra diqqət çəkən, qaranlıq məqamlar var ki, bir mətbuat orqanı olaraq toxunmaq istərdik.
Reyhan Hüseynovanın və digərlərinin cinayət iş üzrə məhkəmə dırnaqarası şahidlərin və zərərçəkmişlərin etirazlarından sonra iki dəfə dəyişib. Onlar işi obyektiv aparacağından ehtiyat edərək hakim Əfqan Hacıyevin və Fikrət Qəribovun sədrlik etdiyi və yekunlaşmaqda olan iki məhkəmə heyyətinə etiraz edərək 40 ilin hakimi Azər Orucovun üzərində dayanıblar. Azər Orucov da öz növbəsində ağına-bozuna baxmadan Hüseynova Reyhan Musa qızına satılması barədə Bakı şəhər 10 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş çıxarışı və Hüseynova Reyhan Musa qızı tərəfindən Sadıxova Səkinə Fərrux qızına 100.000 manat borc pul verilməsi haqqında müqaviləni etibarsız edərək Ədliyyə Nazirliyinin vətəndaşlara hüquqi xidmət göstərən bir qolunun yəni Notariusun fəaliyyətini şübhə altına almış olur. Hansıki birinci distansiya məhkəməsi olaraq onun buna heç bir hüququ yox idi.
10 saylı Notariat kontorunun notariusu Cahid Məmmədov ibtidai istintaqa verdiyi ifadəsində göstərir ki, tərəflərin hüquq və vəzifələri izah edilmiş, alqı-satqının aparılmasına razılıq ərizələri alınmış, evə görə ödənilməli olan 200.000 manat pul “Kapital Bank”ın Suraxanı filialına notariusun depozit hesabına qoyulduqdan sonra o alqı-satqı müqaviləsi bağlamış və Babayeva Xavərə məktub vermişdir ki, bankdan həmin pulu götürsün. Notarius ifadəsində göstərir ki, həmin alqı-satqı müqaviləsi bağlanarkən heç bir ipoteka müqaviləsindən söhbət getməmiş, şəxslər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Əgər dövlət notariusu bunu açıq şəkildə izah edirsə digərlərinin sonradan uydurduqları bəhanələrə necə inanmaq olar? Hələ üstəlik necə olur ki bu insanlar alqı-satqı müqaviləsi ilə ipoteka müqaviləsinin necə bağlandığını ayırd edə bilmirlər? Axı 3 gün öncə evlərini “Amrah bank”dan girovdan çıxararaq evlərini ipotekadan azad etmişdilər?
Diqqət yetirin notarius ifadəsində göstərir ki, həmin alqı-satqı müqaviləsi bağlanarkən heç bir ipoteka müqaviləsindən söhbət getməmiş, şəxslər arasında ipoteka müqaviləsi bağlanmışdır. 200.000 manatın Babayeva Xavərə ödənilməsi barədə kassa məxaric qəbzi verilmiş, bankda pulun alınması barədə həmin pulu alan tərəfdən başqa 3 bank əməkdaşı imza etmişdir. Yəni Bankdan başqa şəxslərin pul alması qeyri-mümkündür.
Axı indi XXI əsrdir və sənədlərə baxmadan imza atdığı sənədlə tanış olmadan, ipoteka və ya alqı-satqı müqaviləsini tanımamağa kim inanar. Ancaq Azər Orucov bir hakim kimi buna inanır. Tutalım Xavər Babayeva savadsız olub, bəs onunla notariusa getmiş oğlu, qardaşı və digər şəxslər. Onlar da savadsız olub? Həm də ifadələrdən də göründüyü kimi 10 saylı Notariusa Yasamaldan Suraxanıya məhz Elşadın, yəni Xavər Babyevanın oğlunun təklifi ilə gediblərsə burada kim-kimi aldada bilər? Ola bilərmi ki, elə ana-bala Reyhan Hüseynovanın pulunu mənimsəmək üçün bu yola əl atıblar. Digər tərəfdən əgər alqı-satqı müqaviləsi saxtadırsa onda Notariat kontorunun notariusu cinayətkarlarla əlbir olduğuna görə niyə cinayət məsuliyyətinə cəlb edilməyib?
Sözügedən notariat kontorunda daha bir borc müqaviləsi Səkinə Sadıxova ilə Reyhan Hüseynova arasında bağlanıb. Həmin notariusun ibtidai istintaqa verdiyi ifadəyə görə. “Sadıxova Səkinə Fərrux qızı ilə Hüseynova Reyhan Musa qızı arasında 100.000 manat borc pulun verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Səkinə Sadıxova borc aldığını təsdiq etmiş və borc müqaviləsinin şərtləri ona izah edilmişdir. Reyhan Hüseynova selofana bükülü pulları stolun üstünə qoymuş. Səkinə Sadıxova saymağa ehtiyac olmadığını bildirib. Kredit müqaviləsinə imza etmişdir.” Bütün bunlar Dövlət Notariusunun gözləri qarşısında baş vermiş və Azərbaycan Respublikası adından hökm çıxarmaq səlahiyyətinə sahib digər dövlət rəsmisi isə onu etibarsız hesab edərək ləğv etmişdirsə, bu nə dərəcədə qanunauyğun bir hal, nə dərəcədə ədalətli bir hökmdür Azər Orucov? Ola bilərmi ki, bütün bunlar Səkinə Sadıxovanın Reyhan Hüseynovada olan pulları mənimsəmək üçün qurulmuş bir oyun olsun Azər Orucov?
Axı onlar rəfiqə olublar, uzun müddət iş görüblər Reyhan Hüseynovanın sökülmüş evinə dövlət tərəfindən verilmiş külli miqdarda puldan Səkinə Sadıxovanının xəbəri olub. Bütün bu mübahisələr, davalar, məhkəmə çəkişmələrinin sonu isə Reyhan Hüseynovanın pullarının əldən getməsi və dəmir barmaqlılar arasına düşməsi ilə nəticələnib.
Biz müstəqil bir mətbuat orqanı olaraq vətəndaş Reyhan Hüseynovanın üzləşdiyi bu haqsızlıqları geniş ictimaiyyətin və aidiyyətli orqanların nəzərinə çatdırmağı özümüzə borc bilirik və daim diqqətdə saxlayacağıq. Məhkəmənin gedişatında ortaya çıxan bütün detallarla oxucuları tanış edəcəyik (aztoday.az)
MilliYol.Az
Digər xəbərlər
loading...