Prezident İlham Əliyev ötən gun general rütbəsi verdiyi şəxslər içərisində Azərbaycanın məhşur ailəsinin nümayəndəsi də var. Həmin şəxs
Prezident İlham Əliyev bu gun general rütbəsi verdiyi şəxslər içərisində Azərbaycanın məhşur ailəsinin nümayəndəsi də var. Həmin şəxs Rauf Xələfovdur.
MilliYol.Az Criminal.az saytına istinadla xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Dövlət Təhlükəsizlik Xidmətinin polkovniki Rauf Xələfova general-mayor rütbəsi verilib.
R.Xələfov Azərbaycanın tanınmış ailəsinin üzvüdür. Onun atası Rafiq Xələfov əməkdar mühəndis olub və 1979-1989-cu illərdə avtomobil yollarının istismarı və tikintisi naziri olub. Bundan başqa iki çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.
R.Xələfovun anası isə kimya elmləri doktoru, professor, akademik, "Şöhrət" ordenili, əməkdar elm xadimi, Heydər Əliyevin bacısı Rəfiqə Əliyevadır.
Rəssam-modelyer, parfümer, əməkdar incəsənət xadimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova həmin ailənin qızıdır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...