Almaniyanın "Bild" nəşri Renat Dadaşovun milliləşdirilməsi ilə bağlı şok iddia irəli sürüb. MilliYol.Az fanat.az-a istinadən nnxəbər verir ki, nəşr Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış 17 yaşlı futbolçunun millimizi seçməsinin təfərrüatlarını açıqlayıb.
İddiaya görə, AFFA buna yüksək məbləğdə pul sayəsində nail olub. Daha dəqiqi, assosiasiyanın Renata 1 milyon dollar pul və ev verdiyi iddia edilib.
Həmkarlarımız yazır ki, istedadlı futbolçunun Almaniyada daha yaxşı karyerası ola bilərmiş. Amma o, pula görə Azərbaycan millisini seçib: "Renat Dadaşov 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçib. “Leyptsiq”da ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib".
Qeyd edək ki, "Ayntraxt"ın (Frankfurt) U-19 komandasında çıxış edən Renat Dadaşov "DÇ-2018"in seçmə mərhələsində sabah baş tutacaq Azərbaycan - Almaniya oyunu üçün millimizin heyətinə cəlb olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...