Rusiya 2016-cı ildə Azərbaycana T-90C tanklarının satışını davam etdirib.
MilliYol.Az istipress-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında deyib.
O bildirib ki, Bakı və Moskva arasında T-90C tanklarının satışı ilə bağlı razılıq 2011-ci ildə əldə olunub.
2014-cü ildə Rusiya Azərbaycana 100 tank göndərib. İkinci partiyada da eyni sayda T-90C tankının Bakıya göndərilməsi nəzərdə tutulurdu.
V.Putinin sözlərinə görə, 2016-ci ildə Rusiya xaricə 15 milyard dollar dəyərində silah və hərbi texnika satıb. O bildirib ki, cari ildə Moskva yeni milyardlıq müqavilələr imzalamağı planlaşdırır.
MilliYol.Az
Digər xəbərlər
loading...