Nizami Kino Mərkəzində detektiv yazıçı Çingiz Abdullayevin “Quba kapriççiosu” əsəri əsasında çəkilmiş “Xeyirlə şərin rəqsi” filminin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, film heyəti və media nümayəndələri iştirak edib.
Tədbirdə söz alan xalq yazıçısı Çingiz Abdullayev öz əsərləri əsasında çəkilmiş filmlərdən danışıb və bu filmdə aktyorların uğurlu çıxışından söz açıb. Daha sonra İlqar Muradov Dronqonun çəliyini Çingiz Abdullayevə hədiyyə edib.
Filmdə yəhudi ailəyə məxsus nadir, çoxəsrlik “Şah Abbas” almazı itir. Ailə almazın tapılması üçün məşhur detektiv Dronqoya müraciət edir. Dronqonun axtarışları zamanı iki cinayət hadisəsi də baş verir. Bütün bu hadisələr Qubada – Qırmızı qəsəbədə cərəyan edir.
Qeyd edək ki, filmdə baş rolu tanınmış müğənni İlqar Muradov, digər rolları isə xalq artistləri Məbud Məhərrəmov, Şükufə Yusupova və başqaları canlandırıb. Filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyevdir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...