Şimali Koreyanın Türkiyədəki bütün əmlakına həbs qoyulub.
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, qərar Türkiyə Nazirlər Kabinetinin toplantısında verilib.
Qərara görə, Şimali Koreyanın BMT tərəfindən müəyyənləşdirilən şəxs və qurumlarının əmlakları və bank hesabları dərhal dondurulur.
Buna səbəb Pxenyanın nüvə başlıqlı raket sınaqlarını dayandırmaması, qonşu ölkələri təhdid etməsidir. Bundan əlavə BMT "qara siyahısı"nda olan Şimali Koreyanın rəsmi şəxslərinin və ailə üzvlərinin Türkiyəyə girişinə də qadağa qoyulacaq.
Həmçinin, Şimali Koreyadan Türkiyəyə mis, sink, gümüş və nikel ixracına da son verilir.
MilliYol.Az
Digər xəbərlər
loading...