“Gözəllik ölçüdə deyil”. Ağır çəkili model Hanter Makqredi bunu sübut edir.
Makqredi “Sport İllustrated Swimsuit İssue” jurnalının yeni nömrəsinin üz qabığında yer alıb. Jurnal onu “ilin yeni əsgəri” adlandırıb.
Bu jurnalda dərc olunmaq bütün aktrisalar, modellər, idmançılar və s. üçün uğur hesab olunur. Çünki bu, onlara yeni reklam müqavilələri və qazanc gətirir.
Qeyri-standart modellər arasında əvvəlcə Keyt Apton, daha sonra Eşli Qrem məşhur idi. İndi də Makqredinin adı hallanır.
“Sport İllustrated Swimsuit İssue”də fotosessiya etdirən 23 yaşlı Hanter deyir ki, gözəllik ölçüdə deyil: “Gözəlliyin sərhədi yoxdur. Mən bu fotosessiya qədər özümü heç vaxt seksual hiss etməmişəm”.
12 yaşında 52 ölçüdə paltar geyinən Hanter bir gün model ola biləcəyini heç ağlında da keçirmirdi. Lakin özü kimi kök modelləri görəndə böyük ümidləri yaranır. Həqiqətən də Hanter öz gözəlliyi ilə ən incə modelləri də geridə qoyur.
Qeyd edək ki, 1.80 santimetr boya sahib olan modelin çəkisi 108 kiloqramdır. (Publika.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...