Bu gün Kiyevdə atışma zamanı Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkov öldürülüb.
MilliYol.Az metbuat.az-a istinadən xəbər verir ki, paytaxtın “Premier Palace” oteli yaxınlığında atışmada daha iki nəfər yaralanıb.
Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev Baş İdarəsinin rəisi Andrey Krişenok bildirib ki, silahlı toqquşamın hansı səbəbdən baş verdiyi araşdırılır.
Qeyd edək ki, hadisə yerinə gələn keçmiş deputatın həyat yoldaşı Mariya Maksakova huşunu itirib.
Ukrayna prezidenti Pyotr Poroşenko Denis Voronenkonun öldürülməsinə münaisbət bildirib. Aznews.az-ın məlumatına görə, Poroşenko bu qətlə görə Rusiyanı ittiham edib:
"Rusiya xüsusi xidmət orqanlarının imzası aşkardır. Bu imzaya əvvəllər Avropanın bir neçə ölkəsində rast gəlmək olardı."
Ukrayna prezidenti Xarkovda silah anbarında yanğının məhz bu gün törədilməsinin də təsadüfi olmadığını vurğulayıb.
Rəsmi Moskva isə Poroşenkonun bu ittihamlarını absurd adlandırıb. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov bəyan edib ki, cinayətkarın tezliklə tapılacağına ümid edirlər.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...