Dağlıq Qarabağdakı cinayətkar rejimin keçmiş “müdafiə naziri” Samvel Babayan bu gün, martın 22-də həbs edilib.
Dağlıq Qarabağdakı oyuncaq “parlament”in “deputat”ı Ayk Xanumyan da xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Babayan İrəvanda saxlanılıb. Ancaq onun həbsinin motivləri hələlik bəlli deyil.
Qeyd edək ki, son günlər Ermənistanda “Qarabağ klanı”nın təmsilçilərinə qarşı münasibət kəskinləşib. Xüsusilə də sabiq müdafiə naziri, seçkilərdə S.Sərkisyana meydan oxuyan Seyran Ohanyanın tərəfdarlarının “ovu”na başlanılıb. Mümkündür ki, “Samo” ləqəbli Babayan da bu planın qurbanı olub. Ötən il aprel döyüşlərindən sonra Moskvaya müəmmalı səfər edən S.Babayanın müdafiə naziri olacağı xəbəri yayılmışdı. Babayan Ermənistan mediasına müsahibəsində aprel döyüşləri zamanı Azərbaycan ordusunun iki briqadasının cəmi 1 saata ermənilərin müdafiə xəttini yardığını demişdi. Bildirmişdi ki, Ermənistan nə insan, nə maddi resurslara görə Azərbaycanla ayaqlaşa bilməz və bu gedişlə Azərbaycan əsgərləri gəlib İrəvanda çay içəcəklər.
İddialar var idi ki, “Samo”nun məqsədi Qarabağda yenidən hakimiyyəti ələ almaqdır. (musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...