Ötən il Azərbaycanın özəl və dövlət mülkiyyətində olan aviaşirkətlərinin gəlirləri 30 faizdən çox artıb. Bu barədə Dövlət Statistika Komitəsindən “Azadlıq” radiosunun sorğusuna cavab olaraq təqdim edilmiş məlumatda deyilir.
Statistikaya əsasən, ötən il ərzində Azərbaycan bort nişanlı 66 təyyarə və helikopter 26 min 639 uçuş gerçəkləşdirib. Yük və sərnişin daşınması üzrə ilboyu həyata keçirilən uçuşların sayı 12.8 faiz artıb. 2016-cı ildə yanacaq sərfiyyatı 11.8 faiz çoxalaraq 216.7 min tona çatıb. Yerli aviaşirkətlərin gəliri 1 milyard 310.3 milyon manat – 2015-cı ildəkindən 307 milyon manat çox olub. Habeləötən il hava nəqliyyatı sektorunda əsas kapitala 8 milyon 145.7 min manat investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin əvvəlinə mülki aviasiya sektorunda çalışanların sayı 12 min 373 nəfərdən 11 min 563 nəfərə enib. İnflyasiya yüksək olsa da, aviatorların nominal maaşları (vergi və sosial sığorta ayırmalarından öncə) 847 manat olub və ilboyu cəmi 3.4 faiz artıb. Keçən il sərnişin daşımaları (1 milyon 981.7 min nəfər) 8.7 faiz, yük daşımaları (157.9 min ton) 23.5 faiz artıb. Özəl aviaşirkətlər 4.4 min sərnişin və 143.6 min ton yük daşıyıb.
Qeyd edək ki, bu statstikada şirkətlər üzrə konkret göstəricilər açıqlanmır, ancaq hava nəqliyyatı ilə sərnişindaşımalarında bazarın demək olar ki, hamısı “Azərbaycan Hava Yolları” QSC (AZAL)-ın nəzarətindədir. Başqa sözlə, ötən il üçün artan gəlirlərdən və sərnişindaşımalarının artmasından əsas pay AZAL-a düşür. Başqa sözlə, Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən mülki aviasiyada işlər heç də pis getmir və iqtisadi böhrana baxmayaraq AZAL (o cümlədən digər şirkətlər) gəlirləri artırmağa nail olublar.
Lakin bu rəqəmlərə nəzər salanda dərhal yada AZAL-ın nəhəng borcları düşür. Məsələn, ötən ilin yazında maliyyə naziri Samir Şərifovun parlamentdə açıqladığı rəqəmə əsasən AZAL-ın 650 milyon manatdan çox borcu var. O vaxtdan bu yana AZAL-ın borclarında azalma yoxdur, əksinə, borcların demək olar ki, hamısının dollarla olduğu nəzərə alınarsa manat ekvivalentində artım var. Neçə vaxtdır ki, ekspertlər, o cümlədən deputatlar büdcəyə yük olan AZAL və onun kimi digər iri dövlət korporasiyalarının özəlləşdirməyə çıxarılmasını təklif edirlər.
Qeyd etmək yerinə düşər ki, AZAL-a hökumət tərəfindən uçuşların təşkili üzrə az qala inhisarçı hüquqları verilib. İri loukosterlər olan “Wizzair” və “Pegasus” dəfələrlə şikayətləniblər ki, AZAL sadfəcə olaraq, onları Azərbaycan bazarına buraxmır və bu məqsədlə inzibati metidlardan istifadə olunur. Bu cür münasibətin isə bir səbəbi var: rəqiblərin təklif etdikləri qiymətlər AZAL-ın təklif etdiklərindən dəfələrlə aşağıdır. AZAL sadəcə olaraq, rəqabət qabiliyyətli deyil.
Aviaşirkətdən yalnız onun sərnişinləri deyil. Işçiləri də şikayətçidir. Bir neçə il öncə maaşların gecikdirilməsi qalmaqalı mətbuata da çıxarılmışdı və AZAL-ın vitse-prezidenti Eldar Hacıyev faktı təqdisləmişdi.
AZAL rəhbərliyinin səhv iqtisadi siyasəti ona gətirib çıxardı ki, regional reyslər bağlanmağa başladı. İş elə absurd səviyyəyə çatıb ki, dövlətin külli miqdarda vəsait xərcləyərək regionlarda açdığı müasir hava limanlarına Bakıdan reyslər bağlandı.
Bunu şirkətdə reyslərin rentabelli olmaması ilə əlaqələndirirlər. Lakin eyni zamanda, şübhəli “nüfuzlu” xarici aviareyslər açılır. Məsələn, uzun illər fəaliyyət göstərmiş Milan reysinə təyyarələr uzaq başı üçdə birinə qədər dolurdu.
Buna görə də, əminliklə demək olar ki, Statistikia Komitəsinin AZAL-ıən gəlirliyi barədə bəyanatları acı gerçəklə heç cür uyğun gəlmir.
MilliYol.Az
Digər xəbərlər
loading...