Yazıçı Kəramət Böyükçölün bir neçə gün əvvəl intihar edən jurnalist Mövlud Mövludla bağlı son paylaşımı ürək parçalayıb.
MilliYol.Az istinadən xəbər verir ki, yazıçı dostları onun məzarını ziyarət ediblər. Kəramət Böyükçöl jurnalistin başdaşına yazılmış yazıdan bəhs edib.
"Mövludun balaca bir başdaşı vardı. Taxtadan qoyulmuşdu, müvvəqqəti idi. Qırmızı qələmlə üstünə yazdım ki, darıxanda zəng elə. Oturub zəng gözləyirəm"...
Xatırladaq ki, Mövlud Abdullayev – Mövlud Mövlud 16 mart 2017-ci il gecə saat 2 radələrində özünü işlədiyi ofisin yerləşdiyi binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Bu xəbər onu tanıyan hər kəsi dərindən sarsıdıb.
MilliYol.Az
Digər xəbərlər
loading...