Sumqayıt Məşğulluq Mərkəzində nələr baş verir?
Səlim Müslümov Sumqayıt məşğulluq mərkəzinin direktoru İlham Hüseynovu korrupsiyada ittiham edib.
"Qaynar" xəbər verir ki, aztoday.az-a daxil olan məlumatlara görə, fevral ayının 17-də nazir Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Mətbuat nümayəndələrinin də iştirak etdiyi qəbul zamanı S.Müslümov məşğulluq mərkəzinin direktoru İ.Hüseynovu ayağa qaldıraraq, ondan 2016-cı il ərzində mərkəzdə 82 000 manatdan artıq vəsaitin əsassız şəkildə müavinət kimi ödənilməsinin səbəbini soruşub. Bunun ardınca nazir bildirib ki, mərkəzdə aparılmış yoxlamanın nəticələrini prokurorluğa göndərəcək və mərkəz direktorunu tutduğu vəzifədən azad edəcək. Mərkəz direktoru isə öz növbəsində mənimsənilmiş vəsaitin 29 000 manatının artıq dövlət büdcəsinə ödədiyini deməklə özünə bəraət qazandırmağa çalışıb.
Dəqiqləşdirmələr zamanı məlum oldu ki, ƏƏSMN-in yoxlama komissiyası S.Müslümovun əmrinə əsasən 2017-cı ilin yanvar ayında Sumqayıt şəhər Məşğulluq Mərkəzində yoxlama aparıb. Yoxlama zamanı 1500 nəfərdən çox vətədaşa işsizlik müavinətinin ödənişi araşdırılıb və məlum olub ki, mərkəzin hazırkı direktoru İ.Hüseynov yuzə qədər vətəndaşla qeyri-qanuni razılaşmaya gedərək onlara işlədikləri halda işsizlik müavinəti ödəyib və beləliklə 82 000 manatdan artıq büdcə vəsaiti talanıb.
Maraqlıdır ki, S.Müslümovun yuxarıdakı fikirlərinin səsləndiyindən 1 aya qədər vaxt keçsə də, hələ də İ.Hüseynov məşğulluq mərkəzinin direktoru vəzifəsində çalışır.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...