Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz Şənlikləri keçirilib.
Novruz şənliyinin atributlarından olan Bahar Qız rayonun Bayrağ Meydanından gül-çiçıklə bəzədilmiş faytonda bayram tədbirinə gətirildi. Parkın giriş qapısında məktəbli qızlar gül çiçəklə rayon rəhbərliyini qarşıladılar. Sonra tədbirə qatılan rayon rəhbərliyi məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Bir birindən maraqlı müsiqi nömrələri və şeerlərlə çıxış edən məktəblilər tədbir iştirakçılarının bayramını təbrik eddilər.
Sabirabad, Masallı, Neftçala Qadın Resurs Mərkəzlərinin təşkil eddiyi sərgidə, qadınların əl işləri, müxtəlif təamlar numayiş etdirildi.
Sabirabad Regional Mədəniyyət və Turzm İdarəsinin təşkil eddiyi sərgidə, Həşimxanlı kənd klubunun pəhlavanlar qrupunun, Musiqi Məktəbinin, Əhmədabad Folklor Qrupunun nümunəvi çıxışları,rayon Tarix Diyarşunaslıq Muzeyinin maraqlı sərgisi numayiş etdirildi.
Sonra rayonun 25 kənd ərazi nümayəndəliyinin hər birinin özünəməxsus mətbəxlərində hazırlanmış müxtəlif təamlar bayram şənliyində iştirak edən insanlara təmannasız olaraq paylanıldı. Təamlardan balıqdan hazırlanmış müxtəlif növ yeməklər, müxtılif plovlar, kabablar, qutablar, türk mətbəxindən mantılar və s məhsullar nümayiş olunaraq insanlara təqdim olundu.
Sabirabad rayon Gənclər və İdman İdarəsinin hazırladığı idmançıların nümunəvi çıxışları qonaqlara təqdim olundu.
ASAN xidmət Sabirabad regional mərkəzinin könüllülərindən ibarət gənclər qrupu maraqğlı sərgiləri və rəqsləri ilə tədbirə xüsisi rəng qatdılar.
Sərgi bitdikdən sonra tədbir iştirakçıları müsiqili meydana, tonqal başına toplaşdılar. Meydana daxil olan Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov və rayon ağsaqqallarından Salamulla Abdullayev, Seyidməmməd Əliyevlə birlikdə bayram tonqalını alovlandırdılar.
Bayram meydanına fayton daxil olur. Sonra Bahar Qız faytondan enərək bayram süfrəsinə bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
Təbrik üçün söz rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmaylova verilir. N.İsmayılov bütün rayon sakinlərini bayram münasibətilə təbrik etdi. Onlara sülh, əminamanlıq, bolluq dolu illər arzuladı.
Bayram tədbiri kəndirbazların maraqlı çıxışları, kosa və keçəlin gülüş dolu söhbətləri, bir birindən maraqlı, rəngarəng bayram müsiqiləri davam etdi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...