Martın 16-da ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclasının yekununda qərar qəbul olunub. Qərara əsasən, FES baza faiz dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizə qədər artırıb.
Uçot dərəcəsinin artımı ekspertlərin proqnozları ilə üst-üstə düşüb.
Qeyd edək ki, sonuncu dəfə FES uçot dərəcəsini ötən il artırıb.
Cebhe.info-nun məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, FES-in uçot dərəcəsini 0,25 faiz artırmasına maliyyə bazarları öncədən artıq həzm edib qiymətlərə daxil etmişdi:
“Əsas məsələ FES-in 2017-ci ildə 3, və ya 4 dəfə faiz artıracağı məsələsi idi. Yellen 3 dəfə faiz artacağını söylədi, bu, maliyyə bazarlarına pozitiv siqnal oldu, dollar, hətta azacıq ucuzlaşdı. Amma gəlin reallığa baxaq: 2017-ci ilin sonuna uçot dərəcəsi 1,5 faiz olacaq. 2016-cı ilin dekabrında 0,50 faiz idi, deməli, bu il 1 faiz artım olacaq. Yaxın 2 ildə uçot dərəcəsini FED 3 faizə qədər artıracaq. Deməli, dünən gecə birjaların qısamüddətli və emosional reaksiyası qalıcı və dayanıqlı deyil”.
Ekspertin sözlərinə görə, FES-in qərarları Azərbaycana birbaşa təsir etmir:
“Çünki bizdə primitiv resurs modelidir, bazar alətləri və institutları yoxdur, dövlət nəzarətli məmur "kapitalizmi" hökm sürür. Yəni, qiymətli kağızlar bazarı, birja yoxdur.
Ölkəmizə FES-in dolayı təsiri var və olacaq: Birinci, dünyada dollar bahalaşanda bizdə də bu proses gedecək, ikinci, baha dollar ucuz əmtəə deməkdir ki, neftin bahalaşması xəyalı da bu qərarla puça çıxacaq. Deməli, manata basqılar artacaq, dollar bizdə daha da bahalaşacaq”.
Ekperet hadisələrə günlük baxmağın tərəfdarı deyil: “Əsas olan trenddir. Bu gün turistlərdən Novruz bayramında "5-10" dollar ucuz almağı düşünən hökumət heç zaman trendləri tuta bilməz. Günlük yaşayırlar, gündəlik problemləri həll etməyə çalışırlar, gələcəyi görə, anlaya bilmirlər”.
MilliYol.Az
Digər xəbərlər
loading...