Yazarın həyat yoldaşı, jurnalist Sevinc Fədai Modern.az-a açıqlamasında sarsıntı içərisində “məndən heç nə soruşmayın. Heç nə deyə bilmirəm” söyləyib.
Binəqədi rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Modern.az saytı Mövludun yaxınlarından intiharın səbəblərini öyrənməyə çalışıb. Yaxınları son vaxtlar onun psixoloji durumunda dəyişiklik müşahidə etdiklərini deyiblər.
Qeyd edək ki, Mövlud Abdullayev və Sevinc Fədai cütlüyünün bir azyaşlı uşağı var.
MilliYol.Az