Qeyd edək ki, müqavilə 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. Müqaviləyə görə, uzaqlığı 500-5500 kilometrə qədər çatan raketlərin istifadəsi qadağan edilirdi. Bununla da 2962 SSRİ və ABŞ raketləri məhv edilmişdi.
Bu müqavilə silahsızlaşdırma prosesində böyük müvəffəqiyyət hesab olunurdu. Çünki faktiki olaraq nüvə döyüş başlıqları olan raketlərin böyük bir hissəsi aradan götürülmüşdü.
Ekspertlər hesab edir ki, bu müqavilənin imzalanmasından sonra Avropa rahat nəfəs almağa başladı, lakin Rusiyanın hazırkı hərbi doktrinası isə perspektiv üçün xoş proqnozlar vəd etmir.
Ona görə ki, NATO və Rusiya hələ də silahlanma yarışında iştirak edirlər və hərbi ritorikadan əl çəkmirlər. Son bir neçə ildə ABŞ sübut edib ki, onların “Tomahavk” raketləri çox dəqiq vuran olduqca dağıdıcı gücə malik olan silahdır.
Modern.az saytının məlumatına görə, beynəlxalq KİV-lər yazır ki, Amerikanın bu silahı Rusiyanı alternativ raketlərə yaratmağa vadar edir.
Buna görədir ki, Rusiya qanadlı raketlər ailəsindən olan “Kalibr”i hazırladılar.
“Kalibr” raketləri böyük uzaqlıqdakı hədəfləri vurmağa qadirdir. Rusiyanın Suriyadakı döyüş hərəkətləri də bunu sübut etdi - Xəzər dənizindən atılan raketlərin İŞİD hədəflərini məhv etməsi ilə.
Bununla yanaşı, Rusiya dünyanın ən güclü silahı sayılan “İsgəndər-M” operativ-taktiki raket kompleksinə sahibdir. Göstəricilərdə bu raketlərin 500 kilometr uzaqlıqdakı hədəfləri dəqiq vurması göstərilsə də, hərbi analitiklər hesab edirlər ki, "İskəndər" 700 kilometrdən uzağa da uça bilər.
R-500 raketləri isə “Kalibr”in modifikasiyasıdır, onun potensialı 2.5 min kilometrə qədər olan məsafəni uçib hədəfi aradan götürməkdir.
Qərb mətbuatı yazır ki, “Kalibr” və “İsgəndər”lə söhbət bitmir və xatırladır ki, Rusiya qitələrarası məsafəni qət edəcək RS-26 ballistik raketlərə də sahibdir. RS-26-lar 6 min kilometr uzaqlıqdakı məsafəyə çatır.
Bundan başqa digər qitələrarası ballistik raket “Topal-M” isə 11 min kilometr məsafədəki “düşməni” məhv edir.
Bunlar onu göstərir ki, Rusiya yuxarıda sözügedən müqaviləni pozmaq istəyir.
Rusiya prezidenti Vladimir Putin 2007-ci ildəki çıxışlarının birində qeyd etmişdi ki, Rusiya müqavilədən çıxa bilər.
Kreml həqiqətən də hamını fakt qarşısında qoyur: yəni deyir ki, orta və uzaqmənzilli raketlərin yeni nəslinə sahibdir.
Belə ehtimal edilir ki, Rusiya bu raketləri Çinə tuşlaya bilər. Digər ssenari isə bundan ibarət ola bilər ki, bu raketlərin bir ucu Avropaya toxuna bilər.
MilliYol.Az