Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) dünən başlamış iclası başa çatacaq
FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.
FED-in faizi 0,75%-dən 1%-ə qaldıracağı gözlənilir.
Saat 22:30-da isə FED-in rəhbəri Janet Yellen medianın suallarını cavablandıracaq.
İnvestorlar FED-in faiz artıracağına 100% ehtimal verirlər. İndi əsas məsələ bu il FED-in faizləri neçə dəfə artıracağıdır.
FED-in faiz qərarı açıqlanan zaman dolların mühüm valyutalara qarşı məzənnəsi hərəkətli ola bilər.
Beynəlxalq kredit reytinqi agentliyi “Moody`s” ABŞ Federal Ehtiyatlar Sisteminin bu gün verəcəyi faiz qərarının pul siyasətinin sərtləşdirilməsi (faizin artırılması) yolundakı irəliləyişi müəyyən edəcəyini bildirib.
“Moody`s”dan edilən açıqlamada FED-in 14-15 martda keçirilən ikigünlük iclası başa çatdıqdan sonra bankın faizləri 25 bənd artıracağını gözlədiyini qeyd edib.
Açıqlamada, FED-in bu il 2 və ya 3 dəfə faiz artıracağının nəzərdə tutulduğu və faizi nisbətinin bu il 1,5-1,75% aralığına qədər yüksələcəyi bildirilib.
Amerika iqtisadiyyatının tam məşğulluğa nail olmağa yaxınlaşdığı vurğulanan açıqlamada bunun artan maaşlara əks olunduğu qeyd edilib.
Həmçinin inkişaf etmiş ölkələrdə inflyasiya faizlərinin artmağa başladığına diqqət çəkilib.(marja.az)
MilliYol.az
Digər xəbərlər
loading...