Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri şahin Mustafayevlə görüşüb
"APA-Economics" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında yer alan məlumatda qeyd edilib.
Görüş çərçivəsində tərəflər gəmiqayırma, təyyarə istehsalı, əczaçılıq və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın zəruriliyini vurğulayıb. Həmsöhbətlər həmçinin iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
P.Poroşenko qeyd edib ki, bu il Kiyevdə keçirilməsi nəzərdə tutulan Ukrayna və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın XII iclasının vacibliyini də bildirib.
P.Poroşenko Ukraynanın suverenliyini dəstəklədiyi üçün Azərbaycana minnətdarlığını bildirib. Bununla yanaşı, ölkə başçısı Azərbaycanın ərazi bütövlüyü məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu qeyd edib.
MilliYol.az
Digər xəbərlər
loading...