“App Annie” şirkətinin analitikləri ən populyar tərtibatçıların siyahısını yeniləyib
İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, reytinqə yalnız 2016-cı ildə iOS və “Google Play” onlayn mağazalarında öz proqramlarının satışından böyük gəlir əldə edən müəssisələr daxil edilib.
“App Annie” şirkətinin əməkdaşları şirkətlərin proqram əlavələrinin satışından əldə etdikləri gəlirləri, bu proqramların daxilində istifadəçilərin alışlarını da nəzərə alaraq, hesablayıblar. Satışlar barədə məlumatlar 2016-cı ilin 1 yanvar tarixindən 31 dekabra qədər olan müddət üçün götürülüb.
Analitiklərin versiyasına əsasən ən populyar tərtibatçıların siyahısında ilk 10 yeri ötənilki liderlər və 3 yeni şirkət tutub.
İlk yeri ötən il 6-cı yerdə olan “Tencent” şirkəti tutub. İkinci sırada özünün “Clash of Clans” oyunu ilə tanınan “Supercell” şirkəti qərarlaşıb. Liderlərin ilk üçlüyünü “NetEase” şirkəti qapayır. Çinin bu şirkəti smartfonlar üçün onlayn oyunlar və axtarış əlavələri ilə bazarı ələ keçirib.
Siyahıya ilk dəfə olaraq “Niantic”in adının düşməsi təhlilçiləri heyrətləndirib. Tərtibatçı özünün populyar “Pokemon GO” oyunu sayəsində 10-cu yeri tutub.
MZ, “Activision Blizzard”, “Mixi, Line”, “Bandai Namco Games” və “Netmarble Games” şirkətləri də lider mövqedə qərarlaşıb.
MilliYol.az
Digər xəbərlər
loading...